30% ENDİRİM!
Yanvar ayı boyunca Dekorativ Şüşə Panellərimizi çox daha uyğun qiymətə icarəyə götürə bilərsiniz.
Sifariş Ver

Vizual və media həlləri

Anasayfa » Vizual və media həlləri

Müasir tədbirlərdə texniki avadanlıq təkbaşına kifayət etmir. Əsas fərqi yaradan amil, həmin avadanlıqlar üzərindən necə bir vizual təcrübə qurulduğudur. EventPro olaraq biz tədbirlər üçün yalnız ekran və sistemlər təqdim etmirik, vizual axını, media məzmununu və texniki idarəetməni vahid həll kimi planlayırıq.

Vizual və Media Həlləri xidməti, tədbir məkanında istifadə olunan ekran, işıq və media sistemləri üçün kontentin hazırlanması, düzgün şəkildə təqdim olunması və tədbir boyu canlı idarə edilməsi prosesini əhatə edir. Məqsədimiz tədbirin mesajını iştirakçılara aydın, təsirli və yadda qalan formada çatdırmaqdı

Xidmətə nələr daxildir?

LED ekran və media məzmununun hazırlanması
Təqdimat videoları, açılış intro-ları, brend vizualları və animasiyalar

Slayd və təqdimat dizaynı
Korporativ təqdimatlar, məhsul tanıtımları və vizual materialların hazırlanması

Vizual axının planlanması
Hansı məzmunun, hansı anda və hansı ardıcıllıqla təqdim ediləcəyinin planlanması

Canlı media idarəetməsi
Tədbir zamanı video, slayd və vizualların operator tərəfindən idarə olunması

Sinxronizasiya və texniki koordinasiya
Vizual görüntülərin səs və işıqlandırma ilə uyğunlaşdırılması

Açılış və xüsusi effekt həlləri
Açılış anları, çıxışlar və xüsusi təqdimatlar üçün vizual effektlərin qurulması


Hansı tədbirlər üçün uyğundur?

  • Korporativ tədbirlər və konfranslar
  • Məhsul və brend təqdimatları
  • Sərgi və fuar tədbirləri
  • Açılış mərasimləri
  • Gala gecələri və xüsusi eventlər

Whatsapp
Satış Meneceri
Satış Meneceri
Salam!
Buyurun. Sizə necə kömək edə bilərik?
1