Event avadanlıqlarının icarəsi
Event Avadanlıqlarının İcarəsi
Uğurlu tədbirin arxasında yalnız ideya deyil, peşəkar texniki təminat dayanır. EventPro olaraq müxtəlif formatlı tədbirlər üçün müasir, etibarlı və tam işlək event avadanlıqlarının icarəsini təklif edirik. Məqsədimiz müştərilərimizin tədbir günü texniki detallarla yox, tədbirin özü ilə məşğul olmasını təmin etməkdir.
İcarəyə təqdim etdiyimiz bütün avadanlıqlar tədbirin ölçüsünə, konseptinə və məkanın texniki imkanlarına uyğun şəkildə seçilir və quraşdırılır. Hər bir layihədə təhlükəsizlik, estetik görünüş və fasiləsiz işləmə əsas prioritetlərimizdir.
Təklif etdiyimiz avadanlıqlar
• Səhnə sistemləri
Modul səhnələr, podiumlar, defile və təqdimat platformaları
• Səs sistemləri
Peşəkar akustik sistemlər, mikrofonlar, miks pultlar
• İşıqlandırma avadanlıqları
Dekorativ işıqlar, səhnə işıqları, spot və effekt işıqlandırmaları
• LED ekranlar və vizual həllər
LED panellər, arxa fon ekranları, təqdimat və reklam ekranları
• Dekorativ elementlər və aksesuarlar
Şüşə panellər, dekorativ konstruksiyalar, xüsusi dizayn elementləri
• Texniki qurğu və konstruksiyalar
Alüminium konstruksiyalar, asma sistemlər, brend daşıyıcı qurğular
EventPro komandası üçün hər tədbir fərqlidir. Biz avadanlığı sadəcə icarəyə vermirik, tədbirin ümumi keyfiyyətinə cavabdeh oluruq.